Accessibility links

ABŞ prezidentinin yeni planına etiraz qətnaməsi debatlar mövzusu olmayacaq


ABŞ Senatının respublikaçı nümayəndələri prezident Buşun İraqa əlavə qüvvə göndərilməsini təklif edən yeni planına etiraz qətnaməsi ilə bağlı debatlara yol verməyiblər. 48 demokrat, 7 respublikaçı və 1 müstəqil nümayəndənin iştirak etdiyi səsvermə kifayət etməyib. Belə ki, debatlara lazım olan 60 səsə 4 səs çatmayıb. Demokrat əksəriyyətinin lideri Harri Reyd bildirib ki, səsvermə hələ də Senatın ikipartiyalı çoxluğunun prezidentin İraq müharibəsi planının əleyhinə olduğunu göstərir. Respublikaçı senator Mitc Makkonnel isə qətnaməni mənasız adlandıraraq, sənədin İraqdakı ABŞ qüvvələrinə dəstək verdiyi halda onların missiyasını sual altına aldığını bildirib.

XS
SM
MD
LG