Accessibility links

Xoylu fəal həbs olunub


Martın 7-də Xoyun Evrin dərnəyinin sədri Şirzad Hacılu Ettelaat məmurlatrı tərəfindən saxlanılıb. İran xüsusi xidmət orqanlarının 30-a yaxın əməkdaşı fevralın 20-də cənab Hacılunu həbs etmək məqsədi ilə evinə basqın etmiş, axtarış aparmış, lakin onu tapa bilməmişdilər.

Həmin dərnəyin keçmiş sədri İbrahim Cəfərzadə də fevralın 21-də həbs edilib. İranda azərbaycanlıların hüquqları uğrunda hərəkatın tanınmış fəallarından biri olan İbrahim Cəfərzadə Abbas Lisani ilə birgə 2005-cildə Babək qalasına yürüşdə iştirakına görə daha bir məhkəmə işi üzrə müttəhimdir. O əvvəllər də Azərbaycan fəallarının Savalan dağına yürüşləri ilə bağlı həbs olunmuşdu.

XS
SM
MD
LG