Accessibility links

Zəncanlı tələbələrin cəmiyyəti bağlanıb


Fəaliyyəti İranda Azərbaycanlıların mədəni hüquqları ilə bağlı olan Zəncan Universiteti İslami Cəmiyyəti Universitet rəsmiləri tərəfindən bağlanıb.

Cəmiyyətin sədri Davud Xuda Kərəmi bu xəbəri ILNA agentliyinə verib. Məlumata əsasən, Universitet rəhbərliyi qərarı cəmiyyət üzvlərinin İran qanunlarına riayət etməməsi və 21 fevral ana dili günü nümayişlərində iştirakı ilə izah ediblər.

Zəncan universiteti islami cəmiyyətinin bəzi üzvləri müxtəlif vaxtlarda İran xüsusi xidmət orqanları tərəfindən həbs edilib. Cəmiyyətin qurucularından biri - Reza Abbasi hələ də Zəncan həbsxanasında saxlanılır. Cənab Abbasi Beynəlxalq Amnistiya tərəfindən vicdan məhbusu elan edilib.

XS
SM
MD
LG