Accessibility links

NATO-nun baş katibi alyansda parçalanma təhlükəsi barədə xəbərdarlıq verir


NATO-nun baş katibi Yap de Hup Şxeffer Amerikanın raketlərdən müdafiə siteminin Avropada yerləşdirilməsinin alyans ölkələri arasında parçalanma yarada biləcəyi barədə xəbərdarlıq verib. Baş katib deyib ki, bununla sistemə malik olan ölkələr özlərini müdafiə edilmiş, digərləri isə təhlükə altında olduqlarını hiss edəcəklər. Ekspertlərin fikrincə, Polşa və Çex respublikasında sistemlərin təsisi bir çox Avropa ölkəsinin Vaşinqtonun dediyi kimi, İran və Şimali Koreya kimi qanunlara riayət etməyən ölkələrdən qoruya bilər. Lakin NATO rəsmiləri Türkiyə, Yunanıstan və İtaliya kimi cənub-şərq ölkələrinin əlavə qısamənzilli raketlərə ehtiyacı olacagını deyirlər. Belə ki, onlar İrana yaxın ölkələrdir.

XS
SM
MD
LG