Accessibility links

Xamnei zora zorla cavab veriləcəyini deyir


İranın ali dini rəhbəri Ayətulla Xamnei xəbərdarlıq edib ki, onun ölkəsi özünü müdafiə etmək üçün bütün tədbirlərə əl atacaq.

Xalqa televziya ilə müraciətində Xamnei deyib ki, əgər ABŞ və ya başqaları İranla zorakılıq və hədə yolu ilə danışsalar, Tehran bu hücumlara cavab verəcək.

Bu arada Rusiya bildirib ki, uranın zənginləşdirilməsi proqramını dayandırmadığına görə İrana qarşı BMT-nin daha ciddi sanksiyalarına dəstək verməyəcək.

Rusiyanın xarici işlər naziri Sergey Lavrov partlamentin aşağı palatasında çıxışı zamanı deyib ki, Rusiya nüvə proqramı ilə əlaqədar İrana dair münasib addımlar atmağı razı olmuşdu.

BMT-nin Təhlükəsizlik Şurasının 15 üzvü sanksiyalarla bağlı qətnaməni müzakirə edir. şuraının beş daimi üzvə və Almaniya keçən həftə təklif olunmuş yeni sanksiyalara dair razılıq əldə ediblər.

XS
SM
MD
LG