Accessibility links

BMT-nin baş katibi Fələstin prezidenti ilə görüşüb


BMT-nin baş katibi Ban Ki Mun Fələstin prezidenti Mahmud Abbasla görüş keçirib, İsrail-Fələstin sülh prosesi məsələsini müzakirə edib. Cənab Ban deyib ki, o, Mahmud Abbasın sülhə nail olunması səylərini davam etdirəcəyindən əmindir. BMT lideri İsrail və Fələstin rəsmilərini dondurulmuş danışıqların bərpasına çağırıb. Görüşdən sonra Fələstin prezidenti Mahmud Abbas bildirib ki, keçən il fələstinli yaraqlılar tərəfindən ələ keçirilən İsrail əsgərinin azad edilməsi üçün bütün səlahiyyətlərindən istifadə edir. İsrailin baş naziri Ehud Olmert isə Mahmud Abbası İsrail qarşısındakı öhdəliklərinə əməl etməməkdə günahlandırıb.

XS
SM
MD
LG