Accessibility links

Roma Papası sülhə və əmin-amanlığa çağırıb


Roma Papası Benedikt bu gün müqəddəs Pasxa bayramı münasibəti ilə “Urbi et Orbi” yəni “Şəhərə və Dünyaya” adlanan ənənəvi nitqində dünyada sülhə və əmin-amanlığa çağırdı. Roma Papası Müqəddəs Piter meydanında etdiyi çıxışı zamanı bütün dünyada, o cümlədən İraqda, Əfqanıstanda və Afrikada baş verən zorakılıqlara görə dərin kədər hissi keçirdiyini bildirdi.

Müxtəlif millətlərdən olan minlərlə zəvvarın və turistin yığışdığı Müqəddəs Piter Meydanından basilikaya gedən pillələr güllərlə bəzədilmiş və meydanı kilsə zənğlərinin səsi bürümüşdü.

Poma Papası Benedikt İraqdan yaxşı xəbərlərin gəlmədiyini, ölkədə ardıcıl qırğınlar və insanların qaçqın düşməsindən əzab çəkdiyini dedi. Lakin Papa əlavə edib ki, israillilər və fələstinlilər arasında dialoqun meydana çıxmasına ümidlər var. O, eləcə də Afrika, Asiya və Əfqanıstan da daxil edilməklə, Yaxın Şərqin digər bölgələrində baş verən zorakılıqlardan danışdı.

Roma Papası dünyada nə qədər insanın kasıblıqdan əziyyət çəkdiyini və bu bəlaların saysız-hesabsız qurbanlarının olduğunu dilə gətirdi. O, Sudanın Darfur regionunda baş verən dəhşətlərə, Konqoda və Somalidəki zorakılıqlara da toxundu.

Minlərlə adam meydanada Papa Benediktin çıxışını dinlədiyi halda, milyonlar 62 müxtəlif dildə translasiya edilən çıxışa televziyada baxıblar. Qeyd edək ki, bu ilki Pasxa bayramı Roma Papası Benediktin bu vəzifətyə təyinatından sonra keçirdiyi ikinci bayramdır.

XS
SM
MD
LG