Accessibility links

Şimali Koreya razılığa əməl etmir


ABŞ-ın Şimali Koreya ilə danışıqlarda ali nümayəndəsi Kristofer Hill Tokyoda müxbirlərə bildirib ki, aprelin ortalarınadək Pxenyanın nüvə reaktorlarını bağlamaq haqda öhdəliyə cavab verməsi dondurulmuş maliyyə vəsaitləri üzündən çətinliklərlə üzləşir. Sazişə əsasən Pxenyan əsas nüvə reaktorunu söndürməli və siyasi-iqtisadi güzəştlər əvəzində ölkəyə müfəttişləri buraxmalıdır. Cənab Hill ümid etdiyini söyləyib ki, növbəti bir neçə gün ərzində irəliləyiş əldə olunacaq. O, qarşıdurmaya səbəb kimi Çin ərazisi olan Makauda yerləşən Banko Delta Asiyada 25 milyon dollar Şimali Koreya pulunun saxlanmasını göstərib.

XS
SM
MD
LG