Accessibility links

ABŞ Dövlət Departamenti Məsud Bərzaninin  bəyanatına mənfi münasibət bildirib


İraqın kürd muxtar regionunun prezidenti Bərzəninin televiziya müsahibəsi zamanı Türkiyənin Kərkükün statusuna müdaxilə etdiyi təqdirdə, Türkiyənin mühüm şəhərlərinə müdaxilə ediləcəyi barədə hədə-qorxular səslənmişdi. Neftlə zəngin Kəkük kürdlərin regional paytaxt elan etmək istədikləri şəhərdir. Məsud Bərzanının dedikləri Türkəyədə etirazlarla qarşılanıb. Türkiyənın baş naziri Rəcəb Teyyub Ərdoğan İraq hökumətinə etirazını bildirib. O deyib ki, Bərzani həddini aşıb, dediklərinin nəticəsi ilə üzləşə bilər. Tərəflər arasında münasibətləri normaşllaşdırmağa çalışan Buş administrasiyası Türkiyə hökumətinin mövqeyini dəstəkləyib. ABŞ Dövlət departamentinin sözçüsü Şan Makkormak Bərzaninin dediklərini tənqid edib. “Biz düşünürük ki, bu kimi bəyanatlar yararsızdır və onlar PKK kimi sərhədlərarası əməliyyatlar həyata keçirib, günahsız tükr əhalisinin qətlinin məsuliyyətini daşıayan qruplara qarşı mübarizədə Türkiyə-İraq əməkdaşlığını sarsıdır”-deyə sözçü bildirib. Qeyd edək ki, tərəflər arasında gəriginlik getdikcə artmaqdadır. Türkiyə İraqın şimal bölgəsində sığınacaq tapan və Türkiyə ərazisində əməliyyatlar həyata keçirən PKK dyüşçülərinin İraq kürdləri tərəfinən dəstəkləndiyini deyir. Kərkükün statusuna gəldikdə isə bu, cari ilin sonunda keçiriləcək referendumun nəticəsi olmalıdır. Ankaranı şəhərin nəzarətinin kürdlərin əlinə keçməsi ilə dövlətçilik iddiasında olan kürdlərin Tükriyənin kürdlərin yaşadığı ərazilərə iddiasını artıracağı narahat edir. ABŞ Dövlət Departamentinin sözçüsü Şan Makkormak bildirib ki, Türkiyənin xarici işlər naziri ilə telefon müzakirəsi zamanı dövlət katibi Kondolizza Rays İraqda sabitliyin bərqərar edilməsində Türkiyənin roluna görə ona təşəkkürünü bildirib. Türkiyə İran da daxil edilməklə, İraqın qonşularının iştirakı ilə keçirilməsi planlaşdırılan konfransa ev sahibliyi etməyi təklif etmişdi. Lakin konfransı təşkil edən İraq hökuməti Misrin kurort şəhəri Şərm Əl-Şeyxə üstünlük verib. Konfrans may ayının ilk həftəsi təşkil edilməlidir. Şan Makkormak bildirib ki, həmin konfransda iştirak edəcək Kondolizza Rays Vaşinqton və Tehran arasında diplomatik əlaqərlərin mövcud olmamasına baxmayaraq, İranın xarici işlər naziri Mənuçehr Mottaki ilə müzakirələri istisna etmir. Dövlət katibi Rays İraq iqtisadiyyatının dirçəlişinə yardım məqsədi ilə Şərm Əl-Şeyxdə keçiriləcək digər bir görüşün də iştirakçısı olacaq.

XS
SM
MD
LG