Accessibility links

Kondoliza Rays regiondakı sülhün İraqa bağlı olduğunu deyir


Dünyanın hər bir tərəfindən yüksək vəzifəli diplomatlar İraqın stabilləşdirilməsi üzrə konfransda iştirak üçün Misirə toplaşıb. Şarm əl Şeyxdə keçən konfransda İraqla qonşu olan və digər ölkələrin nümayəndələri İraqın xarici borcunun yüngülləşdirilməsi və ölkədə sülhün bərqərar olunması yollarını araşdırır.

Cümə axşamı İraq hökuməti və BMT əsasən iqtisadi mövzulara həsr olunmuş Beynəlxlaq Kompakt təşəbbüsünü təqdim edəcək, Cümə günü isə təhlükəsizlik və siyasi uzlaşma səyləri müzakirə ediləcək.

ABŞ dövlət katibi Kondoliza Rays Misirə gəlməzdən əvvəl bildirib ki, İraqdakı vəziyyət Yaxın Şərqin stabil olub olmayacağını müəyyənləşdirəcək. O, konfrans çərçivəsində görüşəcəkləri təqdirdə İranlı həmkarı Mənuçöhr Mottəki ilə İraqdan kənar mövzuları da müzakirə edə biləcəyini deyib.

XS
SM
MD
LG