Accessibility links

ABŞ prezidenti Ağ Evdə Sinqapurun baş nazirini qəbul edib


Bu gün ABŞ prezidenti Corc Buş Sinqapurun baş naziri Li Hsien Lungla keçirdiyi danışqıları strateji dialoq adlandırıb. Ağ Ev görüşü zamanı liderlər ticarət və təhlükəsizlik məsələlərini müzakirə ediblər. Prezident Buş sentyabr ayında Sinqapura dəvəti qəbul etdiyini deyib. Corc Buş Sinqapurda ASEAN ölkələrinin üzvləri ilə görüş keçirəcək. Görüş zamanı ABŞ-la bu təşkilat arasındakı 30 illik əlaqələr qeyd ediləcək. Sinqapurun baş naziri Lung deyib ki, prezidentin Sinqapura üçüncü səfəri Cənubi Asiaya üçün böyük əhəmiyyət kəsb edir.

XS
SM
MD
LG