Accessibility links

Azad ticarət müzakirələri barədə razılıq əldə edilib


Avropa İttifaqı və Cənubi Asiya Ölkələri Assosiasiyası-ASEAN azad ticarət danışıqları barədə razılığa gəlib. Beləliklə dünyanın ən böyük regional ticarət müzakirələrinə imkan yaradılır. Razılıq bu gün Bruneydə hər iki qurumun üzvləri tərəfindən əldə edilib. ASEAN və Avropa İttifaqının üzvləri Birma barədə fikir ayrılıqlarına baxmayaraq, iki illik hazırlıqdan sonra bu qərara gəlib. Qeyd edək ki, Avropa İttifaqı insan hüquqlarının vəziyyətinə görə hərbiçilərin idarə etdiyi Birmaya sanksiyalar tətbiq edib.

XS
SM
MD
LG