Accessibility links

Tok Şou: Böhtan və Azərbaycanda mətbuat azadlığı


Azərbaycan Avropa Şurasına qəbul ediləndən bəri ölkə qarşısına qoyulmuş mühüm öhdəliklərdən biri jurnalistlərlə sivil rəftarın təmin edilməsidir. Bu yönümdə demokratik Qərb ictimaiyyətinin Azərbaycan hökumətinə başlıca qınağı bu ölkədə jurnalistlərin böhtan maddəsi ilə vaxtaşırı həbs edilməsi və demokratik standardalara uyğun olmayaraq yazdıqları söz üstündə uzunmüddətli həbs cəzasına məhkum edilməsidir.

Həftəmizin ənənəvi dəyirmi masa söhbətimnin mövzusu Azərbaycanda böhtan və media azadlığına həsr olunub. Verilişimizin qonaqları Yeni Müsavat qəzetinin baş redaktoru Rauf Arifoğlu, Media Hüquqları İnstitutunun direktoru Rəşid Hacılı, və Yeni Azərbaycan qəzetinin baş redaktoru Alqış Həsənoğludur.

XS
SM
MD
LG