Accessibility links

Əfqanıstanda Talibanın yüksək səviyyəli komandiri qətlə yetirilib


NATO və əfqan rəsmiləri bildirirlər ki, Helmənd vilayətində gedən döyüşlər zamanı talibanın yüksək vəzifəli komandiri Molla Dadulla öldürülüb. NATO-nun rəsmiləri Molla Dadullanın öldürüldüyünü bu gün təsdiq ediblər.

NATO-nun bəyanatında qeyd edilib ki, Taliban komandiri Birləmşmiş Ştatların başçılıq etdiyi koalisiya qüvvələrinin əməliyyatı zamanı öldürülüb. Bəyanatda Molla Dadullanın qətli talibanlar üçün ciddi zərbə kimi dəyərləndirilib. Əfqanıstanın kəşfiyyat xidmətinin sözçüsü Seyid Ənsari deyib ki, Mollah Dadulla dünən gecə Helmənd vilayətində hərbi əməliyyatlar vaxtı öldürülüb və onun cəsədi Qəndəhara aparılıb. Qəndəhar valisi Əsədüllah Xalid Molla Dadullanın cəsədini bir neçə yerli jurnalistə göstərib. Əvvəllər onunla müsahibələr aparmış bu jurnalistlərin çoxu cəsədin Mallah Dadullaya aid olduğunu bildiriblər.

Molla Dadullah taliban rejiminin hakim Ali Şurasının üzvlərindən biri idi. 2001-ci ildə taliban rejimi devrildikdən sonra, o, ən qəddar səhra komandirlərındən biri hesab olunurdu. Onun intihar hücumları həyata keçirilməsi, xarici jurnalistlər və humanitar yardım işəçilərinin giröv götürülmələsində rolu olduğu deyilir. Onun qətli Əfqanıstan və beynəlxalq hərbi qüvvələr üçün böyük qələbə kimi dəyərləndirilir.

XS
SM
MD
LG