Accessibility links

Kondoliza Rays Rusiyaya yola düşüb


ABŞ dövlət katibi Kondoliza Rays Kosovo və Amerikanın Avropada raketlərdən müdafiə sisiteminin yerləşdirilməsinə dair fikir ayrılıqlarının aradan qaldırılması məqsədi ilə Moskvada danışıqlar keçirir. Dövlət katibinin prezident Vladimir Putin və xarici işlər naziri Sergey Lavrovla görüşü gözlənilir. Xanım Rays Rusiyanı BMT-nin Kosovonun nəzarət altında müstəqilliyini irəli sürən planını dəstəkləməyə çağırmalıdır. Qeyd edək ki, Kreml ABŞ-ın Çex Respublikası və Polşada raketlərdən müdafiə sisteminin yerləşdirilməsi planının əleyhinədir. Rusiya sistemin onun təhlükəsizliyinə hədə törətdiyini, Vaşiqnton isə bunun İran kimi ölkələrin təhlükəsindən müdafiə məqsədi daşıdığını bildirir.

XS
SM
MD
LG