Accessibility links

İran Amerikanın hücumlarını cavabsız qoymayacaq


İran prezidenti Mahmud Əhmədinejad Amerikanın mümkün hücumlarına İranın amansızcasına cavab verəcəyini bildirib. Baxmayaraq ki, Vaşiqnton dəfələrlə İrana qarşı hərbi əməliyyatlara əl atmaq niyyətində olmadığını bildirir. İran lideri bunları Əbu Dabidə, Birləşmiş Ərəb Əmirliklərinə iki günlük səfərinə yekun vurarkən bildirib. Mahmud Əhmədinejad Əmirliyə ABŞ-ın vitse-prezidenti Dik Çeynidən bir gün sonra gedib.

XS
SM
MD
LG