Accessibility links

Əfqanıstanda baş səhra komandiri ilə bərabər daha üç taliban üzvü qətlə yetirilib


Əfqanıstanın təhlükəsizlik rəsmiləri İtaliya girovu ilə dəyişdirilmiş üç taliabn komandirinin keçən həftə ABŞ-ın başçılığı ilə qüvvələrin həyata keçirdiyi hücum zamanı qətlə yetirildiyini bildiriblər. Rəsmilər taliban üzvlərinin Əfqanıstanın cənubunda şənbə günü baş səhra komandiri Molla Dadullanın ölümülə nəticələnmiş eyni reyd zamanı öldüyünü deyiblər. Ölən üç taliban komandirinin biri Molla Dadullanın qardaşıdır. Əfqanıstan rəsmiləri üç taliban üzvünü keçən həftə mart ayında Dadullanın adamları tərəfindən oğurlanmış İtaliya jurnalisti Daniyel Mastrociakomo ilə dəyişmişdirlər.
Bu gün habelə Əfqanıstan prezidenti Həmid Karzai ölkənin qərbində ABŞ-ın keçən ay keçirdiyi hücum nəticəsində həlak olanların ailə üzvlərilə görüşüb.
XS
SM
MD
LG