Accessibility links

Iran prezidenti: Nüvə proqramını dayandırmaq üçün artıq çox gecdir


İran prezidenti Mahmud Əhmədinejad deyib ki, nüvə proqramını dayandırmaq üçün artıq çox gecdir. Bu gün Tehranda cənab Əhmədinejad BMT Təhlükəsizlik Şurasının İrana qarşı daha ciddi sanksiyalar ytətbiq etməsini "uşaq oyunu" adlandırıb.

Lakin Təhlükəsizlik Şurası İranın uranın zənginləşdirilməsini dayandırmaqdan imtinası qarşılığında bu ölkəyə qarşı sanksiyaların üçüncü hissəsini tətbiq etmək məsələsi üzərində debatlara hazırlaşır.

Bu gün Almaniyanın xarici işlər naziri Frank Valter Ştaynmayer İran nüvə böhranını Tehranın danışıqlarda əsas nümayəndəsi Əli Laricani ilə müzakirə edib. Görüşün detalları açıqlanmayıb.

XS
SM
MD
LG