Accessibility links

Fokus: ABŞ və Rusiyanın Avropada silah yarışının arxasında nə durur?


Avropada Adi Silahlı Qüvvələr haqqında Müqaviləni imzalamış 30 ölkənin nümayəndələri İyunun 12-də Vyanada görüşəcəklər. Xüsusi sessiya müqavilənin şərtlərinə daha tabe olmayacağını elan edən Rusiya tərəfindən çağırılıb. Amerikanın səsinin Fokus analitik qrupunun hazırladığı məqalədə müqavilə və Rusiyanın etirazları nəzərdən keçirilir.

Avropada Adi Silahlı Qüvvələr haqqında Müqavilə 1990-cı ildə NATO ilə Sovet İttifaqının başçılığı altındakı Varşava Paktı arasında imzalanıb. Razılaşma döyüş təyyarələri, hücum vertolyotları, ağır artilleriya, döyüş tankları, eləcə də Atlantik Okeanla Rusiyanın Ural dağları arasındakı ərazidə xidmət çəkən hərbi heyətin sayı ilə bağlı məhdudiyyətlər qoyur.

Klinton administrasiyası dövründə Birləşmiş Ştatların NATO-dakı səfiri olmuş Robert Hanter deyir ki, müqavilənin əsas məqsədi Varşava paktının adi silahlarla bağlı üstünlüyünü aradan qaldırmaq idi:

“Avropada Adi Silahlar müqaviləsi Soyuq müharibənin mirasıdır. Bu razılaşma NATO ilə Varşava Paktı arasındakı adi silahlı qüvvələr balansını daha şəffaf və daha proqnozlaşdırıla bilən etmək, münaqişələrin yaranması üçün halların qarşısını almaq, eləcə də şükür ki, sona çatmış silah yarışında ölkələrin silahlanma xərclərini azaltmaq məqsədi güdürdü. Bu müqavilə müəyyən növ silahların, xüsusilə bahalı artilleriya və tankların sayını məhdudlaşdırdı, eləcə də ölkələrin qarşısında silahların və ya qüvvələrin bir nöqtədən başqa nöqtəyə hərəkəti zamanı bir birini xəbərdar etmək öhdəliyi qoydu”.

Lakin 1991-ci ilin iyulunda müqavilənin imzalamasından bir ildən də az müddət keçdikdən sonra Varşava Paktı parçalandı. Həmin ilin dekabrında isə Sovet İttifaqı artıq mövcud deyildi.

Silahlara nəzarət assosiasiyasından Ueyd Boesin sözlərinə görə birdən birə köhnələn müqaviləyə yeni reallıqlar nəzərə alınaraq, dəyişikliklər olundu:

“Nəticədə bloklara daxil olan ölkələrin hər birinə aid olan məhdudiyyətlər müəyyənləşdirildi. Beləliklə blok məhdudiyyətlərindən ölkələr üzrə məhdudiyyətlərə keçildi”.

Yeni müqavilə 30 ölkənin hamısının imzası olmadan qüvvəyə minə bilməz. Boes deyir ki, indiyə kimi yalnız dörd dövlət bunu edib – Ukrayna, Belarus, Qazaxıstan və Rusiya:

“NATO-ya üzv olan bəzi ölkələr Rusiya 1999-cu ildə üzərinə götürdüyü

Gürcüstan və Moldovadan qoşunlarını geri çəkmək haqda öhdəliyi yerinə yetirməyənədək sənədi ratifikasiya etməyəcəklərini deyiblər. Rusiya qoşunlarının Gürcüstandan çıxarılmasında bir qədər irəliləyiş var. Son iki baza 2008-ci ilin sonunadək

bağlanmalıdır. Lakin 2004-cü ildən bəri Moldovadakı qoşunlarla bağlı çox az inkişaf müşahidə olunur. Hal hazırda Dnestryanı bölgədə 1300-ə yaxın rus qoşunu qalmaqdadır. Dirəniş nöqtəsi də elə budur.”

Kolumbiya Universitetinin eksperti Robert Leqvold isə Moskvanın NATO-nun baxışlarını rədd etdiyini deyir:

“Ruslar deyir ki, bu iki məsələ haqqında rəsmən heç bir bağlılıq yoxdur və Dnestryanı bölgədə və Gürcüstanda qalan qoşunlar ratifikasiyanı əngəlləyə bilməz.”

NATO-nun mövqeyi ilə bağlı narazılığını göstərmək üçün Rusiya prezidenti Vladimir Putin müqavilənin yerinə yetirilməsinə moratori elan etdi və iyunun 12-də keçirilməsi nəzərdə tutulan xüsusi sessiyanı çağırdı.

Ekspertlər Putinin bu addımının Rusiya ilə ABŞ arasında onsuz da gərgin olan münasibətləri daha da çətinləşdirib. Problemlərə Vaşinqtonun ballistik raketlər aleyhinə 1972-ci il müqaviləsindən çıxması, Polşa və Çex Respublikasında raket əleyhinə müdafiə sistemi qurmaq planları, eləcə də Bolqarıstan və Rumıniyada NATO bazalarının istifadəsi daxildir.

ABŞ-ın NATO-dakı keçmiş səfiri Robert Hanterin sözlərinə görə, ruslar bu addımları NATO-nun Rusiya ərazisinə doğru irəliləməsinin sübutu kimi görür: “Mən deməliyəm ki, ruslar da tamamiləm məntiqdən uzaq deyillər. On il bundan əvvəl Rusiya ilə NATO arasında əməkdaşlıq müqaviləsi imzalandı və həmin sənəd NATO qarşısında müəyyən məhdudiyyətlər qoyur. Məsələn orada NATO-nun Mərkəzi Avropada əlavə qüvvələr yerləşdirmə məsələlərində iştirak etməyəcəyi deyilir. İndi ruslar ABŞ və NATO-nun Bolqarıstan və Rumıniyada qüvvə yerləşdirmək niyyətinin həmin prinsipə zidd olduğunu deyə bilər. Lakin bununla da razılaşmayanlar ola bilər. Əslində isə Putin deyir: Mən qayıtdım. Mən güclüyəm. Mənə diqqət yetirməlisiniz”.

Ekspertlər Moskva ilə Vaşiqnton arasındakı münasibətlərdə tezliklə aydınlaşma gözləmirlər. Lakin prezidentlər Buş və Putinin Kennebunkportda ata Buşun malikanəsində təkbətək görüşü əsas fikir ayrılıqlarının aradan qaldırılması üçün yaxşı imkan kimi görünür.

XS
SM
MD
LG