Accessibility links

Avropa Birliyi nizamnaməsinin müzakirələri başlayır


Avropa Birliyinin xarici işlər nazirləri bu gün axşam Lüksemburqda görüşərək ittifaqın yeni müqaviləsinin müzakirəsinə həsr olunmuş bir həftəlik danışıqlara başlayıblar.

Avropa Birliyinə prezidentlik edən Almaniyanın kansleri Angela Merkel AB liderlərinin cümə axşamı keçiriləcək toplantısında nizamnamə layihəsi üzrə müzakirələri iki ildir ki, dirəndiyi dalandan çıxarmağa ümid edir.

2005-ci ildə Fransa və Hollandiya seçiciləri nizamnamənin əleyhinə çıxış etmişdilər. Yeni nizamnaməyə görə, 27 üzv dövlətin səsləri bərabərdir. Polşa isə nizamnamə səs hüququnun əhalinin sayı nisbətində müəyyənləşməzsə, sənədi veto edəcəyini bildirib.

XS
SM
MD
LG