Accessibility links

Haviyer Solana: Yeni Fələstin hökumətinə yardım bərpa ediləcək


Avropa Birliyi Xarici Siyasət İdarəsinin başçısı Haviyer Solana bu gün açıqladığı bəyanatında deyib ki, yeni Fələstin hökumətinə yardım bərpa ediləcək. O, bunu Fələstin prezidenti Mahmud Abbasın yeni kabineti təsdiqlədikdən bir gün sonra bildirib.

Fətah fraksiyasının başçısı Mahmud Abbas Qəzzada keçən həftə iki fraksiya arasındakı döyüşlərdən sonra Həmas nümayəndəsi İsmayıl Haniyehi baş nazir vəzifəsindən kənarlaşdırdı.

Israilin baş naziri Ehud Olmert ölkəsinin yeni Fələstin hökuməti ilə ciddi tərəfdaş kimi işləyəcəyini deyib.

XS
SM
MD
LG