Accessibility links

NATO və ABŞ qüvvələri mülki vətəndaşların qətlində günahlandırılır


Əfqan prerzidenti Həmid Karzai son zamanlar keçirilən hərbi əməliyyatlar zamanı mülki vətəndaşların qətlinə görə NATO və ABŞ qüvvələrini günahlandırmışdır. Cənab Karzai bu gün Kabildə müxbirlərlə söhbəti zamanı deyib ki, son 10 gündə keçirilən hərbi əməliyyatlar 52 nəfərdən çox mülki vətəndaşın ölümü ilə nəticələnib.

Əfqan və Qərb Yardım Agentlikləri bu il yaraqlılarla beynəlxalq hərbi qüvvələr arasındakı döyüşlər zamanı 230 mülkinin həlak olduğunu bildirirlər.

Hərbi rəsmilər bildirirlər ki, bu gün Helmənd vilayətində koalisiya qüvvələrinin Taliban yaraqlıları ilə döyüşləri zamanı Birləşmiş Ştatalrın bir əsgəri qətlə yetitilib. Ləngar kəndi yaxınlığında isə iki əsgərin yaralandığı xəbər verilir. NATO hərbi hava və quru qüvvələrin keçən gecə Əfqanıstanla Pakistan sərhəddində keçirdikləri əməliyyatlar zamanı isə 60 nəfərdən çox Taliban yaraqlısının qətlə yetirildiyi xəbər verilir.

XS
SM
MD
LG