Accessibility links

Şotlandiya aeroportunda yanğın baş verib


Şotlandiyanın Qlazqo şəhərində polis yanan maşını aeroport terminalına çırpdıqlarına görə azı iki nəfəri saxlayıb. Şahidlər deyirlər ki, terminal binasına sürətlə yaxınlaşan maşın alov içində idi. Terminala dəydikdən sonra alov yayılıb. Xəsarət alanlar haqda məlumat verilmir.

Britaniya televiziyası terminaldakı yanğının mobil telefon və video-kameralar tərəfindən çəkilmiş videosunu nümayiş etdirib. Hadisə yerində qara tüstünün havaya qalxdığı göstərilib.

XS
SM
MD
LG