Accessibility links

Respublikaçılar İraq səsverməsinin qarşısını aldı


ABŞ Senatında demokrat liderlər Amerika qüvvələrinin gələn ilin aprel ayınadək İraqdan çıxarılmasını nəzərdə tutan qanun layihəsinin təsdiqinə nail ola bilmədilər. Bir sutka sürən debatlardan sonra bu gün qanun layihəsi ilə bağlı keçirilən səsvermədə demokratların 100 yerlik Senatda lazımı 60 səsi toplayacağı təxmin edilmirdi.

Nəticələr gözlənildiyi kimi oldu. Respublikaçılar qüvvələrin 120 gün ərzində İraqdan çıxarılmasına mane olmaq üçün kifayət qədər səsə malik idi. 52 əleyhinə, 47 lehinə səslə təklif barədə debatlara məhdudiyyət qoyuldu və ölçü ilə bağlı səsvermə baş tutmadı.

XS
SM
MD
LG