Accessibility links

Pakistan ABŞ-dan sübut istəyir


Pakistan hökuməti ABŞ kəfşiyyat orqanlarının əl-Qaidənin ölkənin şimal-qərbində sığınacaq tapdığını bəyan edən hesabatını rədd edib. Xarici işlər nazirliyinin bəyanatında deyilir ki, Pakistan Vaşinqtondan hesabatdakı dəlilləri sübuta yetirməsini istəyir. ABŞ-ın 16 kəşfiyyat agentliklərinin birgə hesabatında terrorçuların Pakistanın qəbilələrin məskunlaşdığı ərazilərdə sığınacaq taparaq gücləndiyi və ABŞ-a qarşı yeni hücumlar həyata keçirərərək, kütləvi dağıntılar yaratmaq əzmində olduğu deyilir. Pakistan hökumətinin bu gün açıqladığı bəyanatda deyilir ki, spesifik kəşfiyyat məlumatı, ya da informasiya verildiyi halda, hökumət əl-Qaidənin sığındığı hər hansı bir gizli yeri məhv etmək üçün fəaliyyət göstərəcək.
XS
SM
MD
LG