Accessibility links

İrandan İraqa zireh deşən bombalar gətirilir


ABŞ hərbçiləri İrandan İraqa zireh deşən bombalar gətirməkdə şübhəli bilinən terrorçuları həbs ediblər. Şübhəlilər bu gün erkən Diyala vilayətində keçirilən reyd zamanı yaxalanıblar. ABŞ hərbi sözçüsü deyib ki, İranın müdaxiləsi İraqda sülh və sabitliyə mane olur. İran İraqdakı Şiə militantlarına silah-sursat göndərdiyini inkar edir və İraqdakı zorakılıqlara görə Amerikanın hərbi mövcudiyyətini günahlandırır. İran və ABŞ bu həftə İraqda təhlükəsizliklə bağlı danışıqların 2-ci raundunu keçiriblər və onlar məzələni müzakirə etmək üçün İraq, İran və ABŞ rəsmilərindən ibarət komitə təşkil etmək haqda razılıq əldə ediblər.
XS
SM
MD
LG