Accessibility links

Fələstin və İsrail liderləri yenidən görüş keçirib


İsrailin baş naziri Ehud Olmert və fələstinlilərin prezidenti Mahmud Abbas bu gün Qüdsdə görüşmüşlər. İsrail rəsmiləri bildirirlər ki, danışıqlara əsasən iyun ayında İslamçı Həmas qrupunun Qəzza Zolağında nəzarəti əlinə almasından sonra president Mahmud Abbas hökumətini dəstəkləmək məsələsi də daxildir. İsrail hökumətinin sözçüsü David Beykerin bildirdiyinə görə, görüşün əsas məqsədi eləcə də, noyabr ayında gözlənilən Yaxın Şərq üzrə sülh konfransından öncə qarşılıqlı anlaşılma əldə edilməsidir.

Qeyd edək ki, cənab Mahmud Abbsla Ehud Olmertin son dəfə görüşü İordan Çayının Qərb Sahilindəki Jerixo şəhərində, avqustun 6-da keçirilmişdi.

XS
SM
MD
LG