Accessibility links

ABŞ generalı İraqda barışığın asan olmayacağını deyib


ABŞ-ın İraqdakı hərbi qüvvələrinin baş komandanı , general Deyvid Petreyes İraqda barışıq əldə edilməsinin asan iş olmadığını deyib. ABŞ-ın İraqdakı səfiri Rayan Krokerlə bərabər müxbirlərlə söhbəti zamanı general bildirib ki, İraqda barışıq əldə edilməsi, yenidənqurma və bərpa işləri uzun, mürəkkəb və ağrılı bir proses olacaq. General Petreyes iraqlıların buna nail olacağından əminliyini dilə gətirib. Deyvid Petreyes Amerika qüvvələrinin İraqda nə qədər qalacağını təxmin etmədiyini bildirib.

Bu gün ABŞ prezidenti Corc Buş 2008-ci ilin ortalarınadək 30 000 əsgərdən ibarət Amerika qüvvəsnin İraqdan çıxarılması planını açıqlamalıdır.

XS
SM
MD
LG