Accessibility links

Texas və Luiziana ştatlarında qasırğanın nəticələrinin aradan qaldırılması işləri aparılır


ABŞ-ın Texas və Luiziana ştatlarının sahil bölgələrinin sakinləri Umberto qasırğasının vurduğu zərəri müəyyənlşdirirlər. Qasırğa hər iki ştatda 100 mindən çox insanın elektriksiz qalmasına və Texasına Port Artur şəhəri yaxınlığında iki neft emalı zavodunun bağlanmasına səbəb olub. Qubernator Rik Perrinin üç əyaləti fəlakət zonası elan etdiyi Texasda qasırğa zamanı bir nəfər ölüb. Umberto 18 saat ərzində tropik fırtınadan qasırğaya çevrilib. ABŞ-ın Florida ştatında Mayamidə Milli Qasığra mərkəzi bunu rekord kimi qeyd edib. Umberto Atlantik okeanında 2007-ci il qasırğa mövsümünün üçüncü, Amerikanın ştatlarına zərbə endirən ilk qasırğadır.
XS
SM
MD
LG