Accessibility links

Çin Nyu York Tayms-ın müxbirini azad edib


Çin dövlətinin sirlərini açıqlamaqda günahlandırılaraq, üç il müddətində həbsxanada saxlanılan Nyu York Tayms qəzetinin müxbiri Jao Yan azad edilib. Tədqiqatçı 2004-cü ildə qəzetdə prezident Ciang Zemin haqqında məqalə çap etməsindən sonra həbs edilmişdi. Qəzet yazmışdı ki, Ciang Zemin ölkə ordusunun rəhbəri olarkən təqaüdə çıxıb. Onun təqaüdçülük məsələsi hələ də sirr olaraq qalır.

Jao əvvəlcə ölkənin sirlərini yaymaqda ittiham olunurdu. Ancaq sonradan Çin məhkəməsi onun günahını azaldaraq, yalan məlumat verməkdə ittiham etdi. 2006-cı ildə isə onun günahı təsdiqləndi və Jao üç il müddətinə azadlıqdan məhrum edildi. Tədqiqatçı ittihamları hələ də qəbul etmir.

XS
SM
MD
LG