Accessibility links

Bəsrə şəhərində intihar hücumu həyata keçirilib


İraq polisinin bildirdiyinə görə, bu gün ölkənin cənubundakı Bəsrə şəhərində polis idarəsi yaxınlığında həyata keçirilən intihar hücumu azı 3 nəfərin ölümünə, 20 nəfərin yaralanmasına səbəb olub. Rəsmilər hadisənin Bəsrənin Əl-Əşar bölgəsində baş verdiyini və xəsarət alanlar arasında bir neçə polis işçisinin olduğunu deyirlər.

Qeyd edək ki, keçən ay Britaniya hərbiçiləri Bəsrədən çıxarıldıqdan və şəhərdən kənarda yerləşən aeroport yaxınlığına köçürüldükdən sonra, ölkənin ikinci böyük şəhərinin təhlükəsizliyinin qorunması İraq qoşunlarının ixtiyarına keçmişdi.

Başqa bir xəbərdə isə bildirilir ki, Bağdadda maşına yerləşdirilmiş bomba partlayışı nəticəsində azı 2 adam ölmüş, bir neçəsi isə yaralanmışdır.

XS
SM
MD
LG