Accessibility links

Həmid Karzay Taliban liderləri ilə görüşməyə hazırdır


Əfqanıstan prezidenti Həmid Karzay ölkədə sülhün bərqərar edilməsi naminə Talban lideri Molla Ömər və Gülbüddin Hikmətyarla şəxsən görüş keçirməyə hazır olduğunu deyib. Bu gün Kabildə müxbirlərlə danışan prezident bildirib ki, o, hətta hökumətdə belə taliblərə yer verə bilər. Həmid Karzay taliblərin bütün xarici qüvvələrin Əfqanıstanı tərk etməsi tələbini rədd edib. Əfqan lideri Amerika Birləşmiş Ştatlarının Taliban nümayəndələri ilə müzakirələr apardığına dair xəbərlərin doğru olmadığını bildirib. Həm Molla Ömər, həm də Gülbüddin Hikmətyar Amerika tərəfindən axtarışdadır.

XS
SM
MD
LG