Accessibility links

İraqın Iskəndəriyyə şəhərinin meri qətlə yetirilib


Iraq rəsmilərinin bildirdiyinə görə, bu gün səhər Iskəndəriyyə şəhərində yol kənarına yerləşdirilmiş bomba partlayışı şəhərin meri, şiə Abbas Əl-Xəfacinin və onun 4 nəfər cangüdəninin ölümünə səbəb olub. Rəsmilər deyirlər ki, Abbas Həsən Həmzə baş nazir Nuri Əl-Malikinin Dava partiyasının və İraqın Ali İslam Şurasının üzvü idi.

Digər bir xəbərdə isə bildirilir ki, Bağdadın Zəfəraniyyə məhəlləsində maşına yerləşdirilmiş bomba partlayışı nəticəsində 4 nəfər ölmüş, 8 nəfər yaralanmışdır.

Birləşmiş Ştatlar hərbi qüvvələrinin xəbərində deyilir ki, koalisiya qüvvələrinin dünən İraqın mərkəzində və şimalında keçirdiklıri əməliyyatlar zamanı azı 3 terrorçu öldürülüb, 13 şübhəli isə həbs edilib.

XS
SM
MD
LG