Accessibility links

İsrailin baş naziri Yaxın Şərq konfransının müsbət nəticələrinə inanır


İsrailin baş naziri Ehud Olmert gələn ay Amerikada Yaxın Şərq beynəlxlaq sülh konfransının İsraillə Fəlsətin arasında birbaşa sülh danışıqlarına yol açacağına ümid etdiyini deyib. Baş nazir bu danışıqların “Yol xəritəsi” sülh planına əsaslanacağını və Fələstin dövlətinin yaradılması səyləri üzərində cəmləşəcəyini bildirib. Xatırladaq ki, “Yol xəritəsi” planı Fələstinin silahlı qruplaşmalarının tərksilahını və İsrailin Fələstin ərazilərində yəhudilərin məskunlaşdırılması fəaliyyətlərinə son qoyulmasına çağırır.

XS
SM
MD
LG