Accessibility links

Pakistanda yaraqlılara qarşı hərbi əməliyyatlar davam edir


Pakistandan alınan məlumatda deyilir ki, artıq 4-cü gündür Şimali Vəziristanda hökumətin yaraqlılara qarşı apardığı hərbi əməliyyatlar nəticəsində regionda yaşayan ailələr qaçmağa məcbur olurlar. Bu gün hərbi qüvvələrin təyyarlərdən istifadə edərək yaraqlıların hədəflərini nişan almaları nəticəsində ölənlərin sayı daha da artmışdır. Pakistan hərbi qüvvələri Əfqanıstanla sərhəddəki qarşıdurmalar nəticəsində ölənlərin sayının 250-yə çatdığını bildirirlər.

Yerli sakinlərin azı 4 mülki vətəndaşın öldüyünü deməsinə baxmayaraq, hərbiçilər bu məlumatı təsdiq etməmişlər. Dünən isə qarşıdurma zamanı 50 əsgərin itkin düşdüyü bildirilmişdi.

XS
SM
MD
LG