Accessibility links

Çin Kommunist Partiyasının 17-ci qurultayı işinə başlayıb


Çin prezidenti Hu Cintao Pekində Kommunist Partiyasının 17-ci qurultayının açılışında siyasi və iqtisadi islahatların həyata keçiriləcəyinə söz vermiş, eyni zamanda təkpartiyalı sistemin davam edəcəyini vurğulamışdır.

Konqres qarşısında iki saat yarımlıq hesabatda cənab Hu bildirib ki, islahatlar davam etməlidir, lakin Kommunist Partiyası hakimiyyətini davam etdirəcək. Cənab Hu vəd edib ki, siyasi həyatda iştirak imkanları genişləndiriıəcək, lakin o, bunun detallarına varmayıb. O, xəbərdarlıq edib ki, partiya daxilində korrupsiyaya yol verilməyəcək və rüşvətin aradan qaldırılması ictimai dəstək üçün mühümdür.

XS
SM
MD
LG