Accessibility links

Tibetin dini lideri ABŞ-ın ən yüksək mülki medalına layiq görülüb


Bu gün prezident Buşun Kapitoli binasında Tibetin dini lideri Dalay Lamaya ABŞ Konqresinin ən yüksək mükafatı sayılan Şərəf medalının təqdimat mərasimində iştirak edəcəyi gözlənilir. İnsan hüquqlqrı, dini anlaşma və sülh sahəsində əvəzsiz töhfələrinə görə medalın Tibet liderinə təltifi qərarı Konqres tərəfindən hələ bir il bundan əvvəl təsdiq edilmişdi.

Bu gün keçiriləcək bu tədbir Çinin qəzəbinə səbəb olub. 1950-ci illərdə Çinin Tibeti zəbt etməsindən sonra 1959-cu ildə Hindistana qaçan Dalay Lama Çinin hakimiyyəti altına Tibetə muxtariyyət verilməsi uğrunda mübarizə aparır. Pekin onu separatçılıqda, ABŞ-ı isə daxili məsələlrəinə müdaxilədə günahlandırır.

XS
SM
MD
LG