Accessibility links

Pakistanda bomba partlayışı 15 nəfərin həyatına son qoyub


Bu gün Pakistanın şimal-qərbində hərbi maşın karvanını hədəfə alan bomba partlayışı nəticəsində 15 nəfər ölüb, bir neçə insansa yaralanıb. Yerli polisin bildirdiyinə görə, partlayış, talibanyönümlü yaraqlılarla mübarizə aparmaq üçün 2000-dən çox qoşun yerləşdirilən Svat vadisində baş verib. Bir gün öncə həmin ərazidə uzaqdan idarə edilən bombanın partlaması, 4 əsgərin yaralanması ilə nəticələnmişdi. Şimal-qərb sərhəd vilayətinində yerləşən Svat Əfqanıstanın Taliban yaraqlıları ilə yaxın əlaqələri olan Tehrik Nifaz-e-Şəriyə Məhəmməd radikal qruplaşmasının güclü hücumları ilə üzləşir. Pakistan prezidenti Pərviz Müşərrəf 2002-ci ildə bu qruplaşmanın fəaliyyətinə qadağa qoymuş və onun yaradıcısı Sufi Məhhəmmədi həbs etmişdi.
XS
SM
MD
LG