Accessibility links

Polşa prezidenti yeni kabinet təşkil edir


Polşa prezidenti Lex Kaçinski yeni baş nazir və 18 kabinet üzvünü təsdiq edib. Donald Task bu ayın əvvəllərində prezidentin əkiz qardaşı Yaroslav Kaçinskini məğlub edərək, baş nazir təyin edildi. Cənab Taskın yeni Mərkəz-Sağçı hökuməti Avropa Birliyi və əvvəlki hökumətlə gərginlikləri olan Rusiya ilə əlaqələri inkişaf etdirəcəyinə söz verib.

Oktyabrın 21-də Kaçinskinin Qanun və Ədalət Partiyasına qalib gələn Vətəndaş Platforması Partiyası mərkəzçi Polşa Kəndli Partiyası ilə yeni hökumət təşkil edir. Yeni baş nazir iqtisadi islahatlar aparacağına söz verib. O, həmçinin İraqda olan 900 əsgərin geri qaytarılacağına və ABŞ-ın Polşada raketdən müdafiə sistemi qurmaq planları barədə ciddi müzakirələr aparacağına da vəd verib.

XS
SM
MD
LG