Accessibility links

Beynəlxalq Atom Enerjisi Agentliyi Vyanada görüş keçirir


Beynəlxalq Atom Enerjisi Agentliyinin rəhbəri Məhəmməd Bəradeyi bildirib ki, İran nüvə fəlaiyyətlərinə dair əməkdaşlıq edir, lakin atom enerjisi ilə bağlı bəzi aspektlərə aydınlıq gətirməlidir.

İranın nüvə müzakirəçisi Səid Cəlili İranın özünü müdafiəyə və ölkənin təhlükəsilziyinin təminat altına alınmasına tam hazır olduğunu deyib. Cənab Cəlili bunu Tehranda, BMT-nin 35 üzvlü Beynəlxalq Atom Enerjisi Agentliyinin görüşündən əvvəl təşkil edilən mətbuat konfransında bildirib.

Agentliyin son hesabatında İranın nüvə fəlaiyyətlərinə dair əməkdaşlığına dair qarışıq və ziddiyyətli məlumat verilir. Ötən həftə BMT-nin Təhlükəsizlik Şurasına təqdim edilən bu sənəddə Tehranın uran zənginləşdirilməsi proqramının dayandırılmasına dair tələblərə məhəl qoymadığı deyilir. Bu tələblə bağlı nüvə müzkaiərçisi Səid Cəlili deyib ki, heç bi təklif İranı hüquqlarından məhrum etməməlidir. O, İranın nüvə silahlarının yayılmamasına dair sazişin şərtlərinə uyğun olaraq nüvə enerjisi istehsal etmək hüququna malik olduğunu bir daha təkrar edib.

Xatrıladaq ki, Amerika Birləşmiş Ştatları, Britaniya və Fransa İrana qarşı daha sərt sanksiyalar irəli sürülməsini tələb edir. BMT-nin təhlükəsizlik Şurasının iki daimi üzü Rusiya və Çin isə mübahisələrin cəzalandırma deyil, diplomatik yolla həllinə üstünlük verir.

XS
SM
MD
LG