Accessibility links

İran nüvə proqramı ilə bağlı ittihamları əsassız adlandırıb


İran nüvə proqramının dinc mahiyyət daşımadığına dair ittihamları əsassız adlandırır. Ölkənin Beynəlxalq Atom Enerjisi Agentliyindəki nümayəndəsi Əli Əsgər Soltani bu gün Vyanada sona çatan 35 üzvlü agentliyin 2 günlük toplantısının sonunda çıxış edib. Beynəlxalq Atom Enerjisi Agentlıiyinin hesabatında İranın nüvə proqramlarının detallarını açıqlamasında inkişaf olduğu, ancaq, BMT-nin rəsmi Tehrandan uranı zənginləşdirmək proqramını dayandırmasına dair tələbinə məhəl qoyulmadığı deyilir. Agentliyin rəhbəri Məhəmməd Əl Baradei dünən demişdi ki, əsas sahələrdə rəsmi Tehranın əməkdaşlıqlar aparmasına baxmayaraq, qurum İranın nüvə fəaliyyətlərinin tam dinc məqsədlər üçün olduğunu təsdiq edə bilməz.

XS
SM
MD
LG