Accessibility links

Prezident Buş İsrail-Fələstin arasında birbaşa danışıqların bərpasına start verir


Prezident Buş yeddi ildən sonra İsrail və Fələstinin sülh danışıqlarına birbaşa başlanmasına start vermək məqsədi ilə fələstinlilərin prezidenti Mahmud Abbas və İsrailin baş naziri Ehud Omertlə bu gün Ağ Evdə görüş keçirir. Liderlərlə üçtərəfli görüş keçirməzdən əvvəl cənab Buş onlarla ayrı-ayrlıqda görüşmüşdü. Bugünkü görüş dünən Annapolis şəhərindəki Yaxın Şərq Sülh Konfransı zamanı İsrail və Fələstin liderlərinin iki dövlət arasında danışıqları bərpa etmək razılığına gəldikdən sonra keçirilir. Bu həm də, əldə edilən razılıqları 2008-ci ilə qədər həyata keçirmək məqsədi daşıyır.

Prezident Buş on illlərlə qan tökülməsinin dayandırılmasına və sülhün bərpa edilməsinə çağıran İsrail və Fələstinin birlikdə hazırladıqları sənədi oxuyub. Tərəflər eləcə də, 2003-cü ildə hazırlanmış sülh uğrunda beynəlxalq Yol Xəritəsinin prinsiplərinə əməl etməyi vəd ediblər.

XS
SM
MD
LG