Accessibility links

ABŞ Dövlət Departamenti "Azadlıq" radiosunun Azərbaycandakı müxbirinin həbsilə bağlı bəyanat verib


Birləşmiş Ştatların Dövlət Departamenti Naxçıvanda "Azadlıq" radiosunun müxbiri İlqar Nəsibovun həbsinə dair bəyanat verib. Bəyanatda ABŞ Dövlət Departamentinin jurnalistin həbsindən narahatlığı ifadə olunub. Sənəddə deyilir ki, professional və obyektiv media nümayəndəsinə qarşı belə hərəkət Azərbaycanda mətbuat azadlığının pisləşməsinin növbəti göstəricisidir. “Biz Azərbaycan hökumətini bu və jurnalistlərin professional fəaliyyətlərinə görə həbs olunmaları ilə bağlı digər işlərə yenidən baxılması üçün təcili tədbirlər həyata keçirməyə və söz azadlığı və qanunun aliliyinə hörmət edilməsinə dair bəyan etdiyi təəhhüdlərə tam əməl etməyə çağırırıq.”-deyə bəyanatda bildirilir.
XS
SM
MD
LG