Accessibility links

Avropa İttifaqı ABŞ-da keçiriləcək konfransı boykot edəcəyini bildirib


Avropa İttifaqı gələn ay Amerikanın başçılıq edəcəyi qlobal istiləşməyə dair danışıqları boykot edəcəyi barədə xəbərdarlıq verib. Birlik BMT-nin Balidə keçirdiyi iqlim konfransında Vaşinqtonu ətraf mühitin çirklənməsinin qarşısının alınması səylərinə mane olmaqda günahlandırır. Avropa İttifaqının bu gün İndoneziyada çıxış edən sözçüsü Humberto Rosa bidlirib ki, Bali konfransı heç bir nəticə vermədiyi halda Amerikada böyük iqtisadiyyatların danışıqları mənasız bir görüş olacaq.

Avropa ittifaqı və 190 ölkənin nümayəndə heyətinin iştirakı ilə keçirilən Bali konfransı istixanə qazlarının 25-lə 40% arasında azaldılmasını qarşıya məqsəd qoyub. ABŞ, Yaponiya və Kanada bunun əleyhinə çxış edir.

XS
SM
MD
LG