Accessibility links

Şimali Koreyanın nüvə fəaliyyətlərinə dair hesabatı gecikdirməsinə müxtəlif reaksiyalar verilir


Çin və Amerika Birəşmiş Ştatları Şimali Koreyanın nüvə fəaliyyətlərinə dair vəd etdiyi hesabatı gecikdirməsinə müxtəlif reaksiyalar verib. Buş administrasiyası Şimali Koreyanın bu haqda məlumat verəcəyinə ümumiyyətlə skeptik münasibət bəsləyir. Lakin Çin rəsmiləri yubadılmanın səbəblərini təbii adlnadırır.

Çinin Pekində çıxış edən xarici işlər naziri Yang Yu deyib ki, bəzi sahələrdə preseslər ləng getsə də, digərlərində nailiyyət müşahidə edilib. O, Şimali Koreyanın nüvə danışqılarında iştirak edən tərəflər öhdəliklərinə sadiq qalmağa çağırıb.

Dünən Ağ Evin sözçüsü Dana Perino demişdi ki, Buş administarsiyası Pxenyanın vədinə əməl edəcəyinə inandığını, lakin yubadılma ilə bağlı narahatlığını bildirir.

XS
SM
MD
LG