Accessibility links

Pakistan ABŞ hərbi qüvvələrinin onun ərasizində əməliyyatlar aparmasına imkan verməyəcəyini bildirir


Pakistan rəsmiləri bildiriblər ki, ABŞ hərbi qüvvələri ölkənin qəbilələrin yaşadığı ərazilərdə Əl-Qaidə döyüşçülərinə qarşı hərbi əməliyyatlar apara bilməz. Pakistanın yüksək səviyyəli hərbi nümayəndəsi general-nayor Vahid Ərşad deyib ki, ABŞ hərbi qüvvələri hazırda Pakistan ərazisində hərbi əməliyyatlar keçirə bilməz və buna gələcəkdə də icazə verilməyəcək. Bu açıqlama Birləşmiş Ştatlar rəsmilərinin Pakistanın bu ərazilərində hərbi əməliyyatları genişləndirmək planları haqda Nyu York Tayms qəzetində dərc olunmuş məlumatdan sonra verilib. Qəzetin yazdığına görə, Amerika rəsmiləri Əl-Qaidə yaraqlılarının Pakistan hökumətinə yaratdığı təhlükədən narahatdırlar. Burada deyilir ki, vitse-prezident Dik Çeyni də daxil olmaqla, yüksək səviyyəli ABŞ rəsmiləri Pakistanda Mərkəzi Kəşfiyyat agentliyi və hərbi qüvvələrin daha geniş əməliyyatlar aparmasına dair müzakirələr aparıblar.
XS
SM
MD
LG