Accessibility links

İran ABŞ gəmilərini təxribata çəkir


ABŞ rəsmiləri deyirlər ki, dünən 5 İran qayığı Hörmüz boğazında 3 Amerika hərbi gəmisinə qarşı təxribat törədib. Hərbi rəsmilər bildiriblər ki, İran qayıqlarının aqressiv davranışına cavab olaraq ABŞ gəmiləri atəş açmağa hazırlaşıblar. İran qayıqları suya bir neçə qutu atdıqdan sonra ərazini tərk ediblər. Pentaqon rəsmiləri deyirlər ki, İranlılar açıq radio tezliklərində ABŞ gəmilərinə onların bir neçə dəqiqəyə partlayacaqlarını bildiriblər. Ağ Ev instidenti təxribatçı adlandırmış və Tehrana gələcəkdə təhlükəli insidentə gətirib çıxaracaq əməllərdən çəkinmək barədə xəbərdarlıq etmişdir.
XS
SM
MD
LG