Accessibility links

Taliban militantları 8 polisi qətlə yetiriblər


Əfqan rəsmilərinin məlumatına görə Taliban militantları ölkənin cənubunda polis postuna hücum edərək 8 polis işçisini öldürüblər. Polis bildirir ki, militantlar Qəndəhar vilayətindəki Meyvənd postuna hücum ediblər. Qonşu Helmənd vilayətində intiharçı özünü partladaraq 1 polis işçisini öldürmüş və 4 başqa adamı yaralamışdır. Polisin dediyinə görə intiharçı Ləşkər Gah qəsəbəsində ali polis rəmsinin evinə daxil olmaq istəyərkən keşikçilər tərəfindən saxlanmış və orada özünü partlatmışdır. Ölkənin başqa hissəsində döyüşlər zamanı iki Holland əsgəri həlak olub.
XS
SM
MD
LG