Accessibility links

ABŞ prezidenti iqtisadiyyatın stimullaşdırılmasına dair fikirlərini açılqlayıb


ABŞ prezidenti Corc Buş bu gün iqtisadiyyatın stimullaşdırılmasına dair fikirlərini açılqlayıb. Ağ Evdə çxış edən prezident Amerikanın çətin bir dövr yaşadığını və iqtisadi dirçəliş üçün indi ölkənin müvəqqəti ölçülərə ehtiyacı oldğunu deyib. Corc Buş vergilərin ixtisarının iqtisadiyyatı stimullaşdıra biləcəyini qeyd edib. O, Konqresin hər iki partyasının aparıcı üzvləri ilə bu haqda müzakirə apardığını və yaxın zamanda anlaşma əldə ediləcəyinə ümid bəslədiyini bidlirib. ABŞ prezidenti planının spesifik məqamlarını açıqlamayıb, lakin hər adam başına 800 dollarlıq vergi güzəştinə ehtiyac olduğunu deyib.
XS
SM
MD
LG