Accessibility links

Cənubi Karolina ştatında Demokratların ilkin seçkiləri keçirilir


Bu seçki mövsümündə Amerikanın cənubunda ilk dəfə olaraq Cənubi Karolina ştatında Demokrat partiyasının praymerizi keçirilir. Son rəy sorğuları göstərir ki, İlinoys senatoru Barak Obama Nyu York Senatoru Hillari Klintondan öndə gedir. Cənubi Karolinada anadan olmuş sabiq Senator Con Edvardz mübarizəni 3-cü yerdə davam etdirir. Afrikalı Amerikalı olan Obama zənci seçicilər arasında böyük dəstəyə malikdir. Lakin ağ seçicilər arasında onun dəstəyi nisbətən kiçikdir. Cənubi Karolinada Demokrat seçicilərin yarısını Afrikalı Amerikalılar təşkil edir ki, burada irq məsələsi tez-tez müzakirə mövzusuna çevrilib. Klinton və Obama son həftə ərzində tez- tez üz-üzə gəliblər. Prezidentliyə Respublikaçı namizədlər isə qarşıdan gələn çərşənbə axşamı Floridada qarşılaşacaqlar.
XS
SM
MD
LG